Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111090
az

Finlandiya rəsmiləri NATO qoşunlarının daimi mövcudluğuna ehtiyac duymadıqlarını bildiriblər

16:4806 İyun, 2024
101
DÜNYA
  • A

Finlandiya prezidenti Alexander Stubb Helsinkidə keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, ölkənin öz ərazisində böyük NATO qüvvələrinin daimi mövcudluğuna ehtiyac yoxdur.

 

Oxu24.com xəbər verir  ki,bu barədə RİA Novosti məlumat yayıb.

 

"Mən NATO və ya ABŞ qüvvələrinin bütün briqadalarını burada yerləşdirəcəyimiz barədə bəzi fikirləri dağıtmaq istərdim .Biz belə bir şey etməyəcəyik, lakin intensiv təlimləri alqışlayırıq", deyə Stubb bildirib.

 

O əlavə edib ki, Finlandiyanın iştirak etdiyi bir sıra NATO təşəbbüsləri ölkədə zabit qruplarının olmasını nəzərdə tutur.

 

Bundan əvvəl Stubb Helsinkidə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı bildirib ki, ölkə Ukraynaya öz ordusunu göndərmək niyyətində deyil.

 

O əlavə edib ki, Helsinki NATO-nun digər üzvləri ilə Kiyevə maliyyə və hərbi yardım sahəsində əməkdaşlıq edir və Rusiyanın Baltikyanı ölkələr və Şimali Avropa üçün təhlükə yaratdığına aydınlıq gətirib.

 

Narışkin bundan əvvəl Makronun NATO qoşunlarını Ukraynaya göndərmək ideyasından danışıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çin Tibetdəki zəlzələdən sonra Rusiyaya dəstəyə görə təşəkkür edib
Paşinyan Moskvadan bahalı      hədiyyələrlə     qayıdıb
Rusiyada təyyarə texniki səbəblərə görə    geri     qayıtdı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Xaçmaz sakinindən "Kalaşnikov" götürüldü- VİDEO