Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111087
az

Gürcüstanın səfər sığortası tələbi il yarım ertələnə bilər

17:0006 İyun, 2024
126
  • A

Gürcüstana gələn turistlər üçün icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortanın 2026-cı il yanvarın 1-nə qədər təxirə salınması planlaşdırılır.

"Report"un yerli bürosu xəbər verir ki, qonşu ölkənin parlamentinə qanunun müvafiq bəndinin tətbiqini gələn ilin sonuna qədər dayandıran qanun layihəsi təqdim olunub.

Sənədi hakim “Gürcü arzusu” partiyasını təmsil edən deputatlar təqdim edib.

Xatırladaq ki, “Turizm haqqında” qanuna əsasən, Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası olmalıdır. Qeyd olunan şərt bu il iyunun 1-dən həyata keçirilməli idi. Layihənin təşəbbüskarlarının sözlərinə görə, “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığortası qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında” qərarın hazırlanması prosesində bir sıra məsələlər müəyyən edilib. Bu da müvafiq tələbin 2026-cı il yanvarın 1-nə qədər tətbiq olunmamasını məqsədəuyğun edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Bu ölkədən ABŞ-a ƏZƏLƏ NÜMAYİŞİ -Hərbi təyyarələr geri qaytarıldı