İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən davam etdirilir.
Oxu24.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Hazırda Tovuz rayonu sakinləri 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlu,1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlu və 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun batdıqları ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxu24.com
ŞƏRHLƏR