Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111076
az

Azərbaycanda üç xanım yüksək vəzifəyə təyin edilib

16:0706 İyun, 2024
697
CƏMİYYƏT
  • A

Baş Prokurorluqda təyinatlar olub.

Baş prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunub.

Bildirilib ki, qeyd olunan şəxslərin prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı, işgüzarlığı, bilik və bacarığı nəzərə alınmaqla onlar vəzifədə irəli çəkilib.

Qeyd olunub ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı şəhər prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.

Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləyin sürəti Bakı və Abşeron yarımadasında 27 m/s təşkil edir -FAKTİKİ HAVA
Müsabiqə elan olundu: Qalibə 1500 manat veriləcək
İki hərbçimiz həlak oldu

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO