"Finlandiya Ukraynaya müxtəlif yollarla kömək etməyə hazırdır, lakin öz ordusunu ora göndərmək fikrində deyil".
Oxu24.com-un xəbərinə görə, bu sözləri Finlandiya prezidenti Aleksandr Stubb deyib.
Stubb Helsinkidə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı deyib: “Finlandiyanın Ukraynaya qoşun yeritmək planı yoxdur”.
Stubb qeyd edib ki, Finlandiya hakimiyyəti Kiyevə necə kömək etmək barədə müttəfiqlərlə danışıqlar aparır, lakin Finlandiyanın Ukraynada hərbi mövcudluğundan bəhs edilmir. Onun sözlərinə görə, Finlandiya alyansın tərkibində olanda müstəqil yox, alyansla birlikdə hərəkət edir və NATO da Ukraynaya qoşun yeritməyi planlaşdırmır.
Mənbə: Reuters.com
Yeganə
Oxu24.com
ŞƏRHLƏR