Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111070
az

Əminə Ərdoğan COP29-un əhəmiyyətindən bəhs edib

15:4706 İyun, 2024
142
SİYASƏT
  • A

Türkiyədə çox şadıq ki, dünyanın hər yerindən liderlər bu il Türk dünyasının incisi olan qardaş Azərbaycanda toplaşaraq iqlim dəyişikliyi mövzusunu müzakirə edəcəklər.

Oxu24.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan BMT-nin “Sıfır tullantı” üzrə Yüksək Səviyyəli Məşvərət Şurasının ikinci iclasının iştirakçıları qarşısında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

Əminə Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı tədbir iştirakçılarına məlumat verdiyinə görə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Azərbaycan qədim mədəniyyətə və ətraf mühitə hörmət prinsiplərinə əsaslanan zəngin ənənələrə malikdir.

“Əminəm ki, COP29-un Bakıda keçiriləcək sessiyası mühüm sammit olacaq və onun nəticələri yaddaşlarda qalacaq”, - deyə Türkiyə liderinin xanımı vurğulayıb.

Əminə Ərdoğan deyib: “Həmçinin vurğulamaq istərdim ki, dostum, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə birlikdə türk dünyasında ekoloji təşəbbüslərin əhatə dairəsini genişləndirmək üçün birgə səylərə hazırıq”.

O, gündəliyinə “Sıfır tullantı” proqramının icrası ilə bağlı məsələnin daxil ediləcəyi Məşvərət Şurasının növbəti, üçüncü iclasının Bakıda keçirilməsini təklif edib.

Türkiyənin birinci xanımının sözlərinə görə, ekoloji sahədə, o cümlədən “Sıfır tullantı” proqramının həyata keçirilməsində Türkiyənin təcrübəsini öyrənməyə hazır olan dövlətlərin sayı artır və bununla bağlı müvafiq təqdimatlar hazırlanır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Məclis Ermənistana təzyiq     etməyə    çağırdı
Prezident İranın Təhlükəsizlik Şurasının katibini qəbul etdi- FOTOLAR
XİN gəmilərdəki vətəndaşlarımızın    sayını     açıqladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi