Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111064
az

Miller: "Gürcüstana yenidən yardım edə bilərik, çünki..."

14:1106 İyun, 2024
53
DÜNYA
  • A

"ABŞ mübahisəli olan “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu və ölkənin anti-Qərb dönüşü səbəbindən Gürcüstana yardıma yenidən baxa bilər".

Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri  jurnalistlərlə söhbətində ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

Millerdən soruşulub ki, ABŞ bu ölkədə baş verən son hadisələri və hakim partiyanın siyasətçilərinin açıq-aşkar qeyri-dost bəyanatlarını nəzərə alaraq bundan sonra Gürcüstanla münasibətlərdə necə hərəkət etməyi planlaşdırır?

Miller cavabında bildirib ki, ABŞ cavabında təmkinli olacaq, çünki hazırda Dövlət Departamentində Gürcüstanla münasibətlərə yenidən baxılması nəzərdən keçirilir:

"Xüsusilə iki həftə əvvəl elan etdiyimiz potensial sanksiyalar və viza məhdudiyyətlərini müzakirə edirik gedir. İndi biz nəyi necə və nə vaxt edəcəyimizi öyrənirik”, - deyə Miller bildirib.

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın dövlət katibi Entoni Blinken Gürcüstana viza məhdudiyyətinin tətbiq olunduğunu və məhdudiyyətin bu ölkədə demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan şəxslərə şamil ediləcəyini açıqlamışdı.

Mənbə: Reuters.com

Yeganə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayden Netanyahu ilə görüşəcək
Dağıstanda niqab qadağan edildi
Bayden bu tarixdə Netanyahu ilə görüşəcək

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Cinayətdə şübhəli bilinən 18 nəfər saxlanıldı