Sabunçu rayonunda saxlanılan 4 narkokuryerdən 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə paytaxt sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Akşin Rüstəmov, Vüqar Mehtiyev, Böyükağa Məmmədov və Nail Şükürov saxlanılıb.
Onlardan 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə təyin olunan ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil ediblər.
Həmçinin, Sabunçu RPİ NMB-nin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 3 “Makarov” tapançası, 1 “Kalaşnikov” avtomatı, 4 daraq və 27 patron əməliyyat yolu ilə aşkarlanıb.
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı may ayında keçirilən tədbirlərlə 22 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR