Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Müşahidə Şurasının tərkibi dəyişib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müavfiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, üzvləri isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri Ədalət Əliyev və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini Xəyyam Məmmədov təyin edilib.
Oxu24.com
ŞƏRHLƏR