Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111051
az

DYP-dən səyahət turları təşkil edənlərə müraciət

14:0606 İyun, 2024
122
CƏMİYYƏT
  • A

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtonəqliyyat vasitələri ilə səyahət turları təşkil edən şəxslərə müraciət edib.

BDYPİ-nin Mətbuat xidmətindən  bildirilib ki, hazırda səyahət məqsədilə regionlara təşkil edilən turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artmaqdadır:

"Belə səfərlər zamanı adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərin xidmətlərindən istifadə edilir. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir. Bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır. Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keçirmələri xahiş olunur.

Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin diqqətinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə regionlara qanunsuz daşımaların təşkili hallarının aşkarlanacağı təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görüləcək.

Ümidvarıq ki, səyahətdən əvvəl sağlamlığını düşünən hər bir şəxs verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə üstünlük verəcək",- məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda yaşayış binasında yanğın- Xəsarət alan var
Haker hücumları ilə bağlı         əhaliyə       müraciət
Sabiq nazir müavininə    ağır       itki

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Vətəndaşlardan pulemyot və    avtomatlar     götürüldü