Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111042
az

Tramp: \"Kiyevin bu açıqlamaları dünya müharibəsinə gətirib çıxarır...\"

12:3106 İyun, 2024
57
  • A

"Kiyevin Rusiya ərazisinə hücumlar barədə bəyanatları üçüncü dünya müharibəsinə gətirib çıxarır".

Oxu24.com xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Fox News" kanalına müsahibəsinə bildirib.

“Biz üçüncü dünya müharibəsinə daha yaxınıq. Rusiya prezidenti Vladimir Putin nüvə silahından söz açır, Ukrayna Rusiyaya hücumlardan danışır, prezident Co Bayden isə nə deyəcəyini bilmir.

Lakin bütün bunlar son nəticədə üçüncü dünya müharibəsinə gətirib çıxaracaq", - deyə Tramp əlavə edib.

Keçmiş Amerika lideri hesab edir ki, Ukrayna ətrafında vəziyyəti nizamlaya və tez bir zamanda həll edə bilər.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken mayın 31-də Baydenin Rusiya ərazisini ABŞ silahları ilə vurmağa razı olduğunu təsdiqləyib. Blinkenin dediyi kimi, söhbət ancaq Rusiyanın Xarkov yaxınlığındakı regionlarına zərbələrdən gedir. Eyni zamanda o, Amerikanın Rusiya ərazisinə silah hücumlarının spektrinin artacağını istisna etməyib.

Mənbə: TASS.ru

Yeganə

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan Qərblə münasibətləri “yenidən qurmağa” hazırdır
Rusiyadan Ermənistana növbəti xəbərdarlıq
Gürcüstana xarici investisiyalar rekord həddə düşüb

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Sumqayıtda zavodun 53 əməkdaşı qidadan zəhərləndi, cinayət işi başlandı