Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111036
az

Putin: "Qərb sülh müqaviləsinin bağlanmasına mane oldu"

12:3406 İyun, 2024
92
DÜNYA
  • A

“Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasının qarşısını aldı, əks halda münaqişə həmin ilin sonunda bitəcəkdi”.

Bunu Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.

Putin pozulmuş danışıqlar prosesindən danışarkən deyib:

“Cənab Conson (Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson - red.) gəlib bunu təkcə öz təşəbbüsü ilə deyil, həm də əminəm ki, ABŞ administrasiyasının dəstəyi ilə həyata keçirdi. Mənim buna heç bir şübhəm yoxdur”.

Onun sözlərinə görə, İstanbul sazişini Ukrayna tərəfi paraflayıb, bu da onlara uyğun olduğunu göstərir:

“Ukrayna tərəfi və rəsmiləri açıq şəkildə bəyan ediblər ki, əgər onlar bu müqaviləni qəti şəkildə imzalasaydılar, müharibə 2022-ci ilin sonunda bitəcəkdi. Bunu biz demədik, Kiyevdəki Ukrayna rəsmiləri bunu açıq şəkildə dedilər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransanın cinayətləri BMT-də ifşa edildi – BTQ-dən fransız neokolonizminə ZƏRBƏ
Ukraynada kartof ucuzlaşdı
Fransa Rusiyaya 230 milyon avroya dəstək verib

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Tərkibində ən çox B12 vitamini olan qidalar BUNLARDIR
Göyçayda 3 otaqlı ev yanıb