Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111034
az

Prezident fərman imzaladı

11:5706 İyun, 2024
104
İQTİSADİYYAT
  • A

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Oxu24.com fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 78 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissə üzrə:

1.1. 5.2-ci bəndin dördüncü cümləsi çıxarılsın;

1.2. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“5.4. Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 7 iş günü müddətində müraciət edən şəxs yaşayış sahəsini seçir və yaşayış sahəsi onun tərəfindən seçildiyi gündən 7 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilir.”;

1.3. 5.6-cı bənddə “müddətə” sözü “müddətlərə” sözü ilə əvəz edilsin;

1.4. 5.7-ci bəndə “5.2-ci” sözlərindən sonra “, 5.4-cü” sözləri əlavə edilsin.

2. 9-cu hissə üzrə:

2.1. 9.3-cü bəndin birinci abzasında “verir” sözü “verilməsi ilə bağlı tədbirlərə başlayır” sözləri ilə əvəz edilsin;

2.2. 9.5-ci bəndə “verilməsi” sözündən sonra “ilə bağlı tədbirlərə başlanılması” sözləri əlavə edilsin;

2.3. aşağıdakı məzmunda 9.6-cı bənd əlavə edilsin:

“9.6. Bu Qaydanın 9.3.3-cü yarımbəndində müəyyən edilən əsasla Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı tədbirlərə başladıqda kirayəçi kirayə müqaviləsi üzrə yaranmış borc məbləğini kirayə münasibətlərinə xitam verilənədək (məhkəməyə müraciət edildiyi halda – məhkəmə qətnaməsi çıxarılanadək) tam ödəyərsə, Fond kirayəçi ilə kirayə münasibətlərini (məhkəməyə müraciət edildiyi halda – barışıq sazişi bağlamaqla) davam etdirir.”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran pulunu dəyişir - Pezeşkiandan təcili qərar
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi azaldı
Bu layihə III oxunuşdan keçdi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ