Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1110
az

İnsan beyni siçana köçürüldü

21:3426 Aprel, 2018
1489
DÜNYA
  • A
Araşdırmaçılar, hibrit bir beyin işinə imza ataraq insan-siçan beyni meydana gətirdi. İnsan-siçan beyni gələcəkdə beyin ziyanlarının necə müalicə edilə biləcəyini göstərir.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, Nature Biotechnology jurnalında nəşr olunan bir araşdırmaya görə alimlər, insan beyni orqanoidini siçan kəlləsinə yerləşdirməyi bacardılar. Bu iş üçün əvvəlcə insan beyin hüceyrələri, orqanoid (orqana bənzəyən, çoxlu hüceyrə növlərini ehtiva edən quruluş) deyilən quruluşu meydana gətirmək üçün laboratoriyada yetişdirildi. İmplant əməliyyatından sonra mərcimək böyüklüyündə insan beyni, siçanda qan bəsləmə vəzifəsini icra etdi. Hətta iki toxuma növü ilə rabitə belə qura bildi.

İmplant yeridiləndən sonra siçanları müşahidə edən araşdırmacılar, standart olanlarla müqayisə etdikdə siçanların davranışı və ya zəkasında fərqliliklər olmadığını ifadə edir.

Bu işin təməl məqsədi, gələcəkdə bir gün beyinin bərpasını mümkün hala gətirə bilməkdir. Ziyan görən və ya yaralanan insan beyinlərinin, bu üsuldakına bənzər şəkildə müalicə edilməsinə ümid edilir. Ancaq bu işin, bu anda orqanoid səviyyəsində olduğunu unutmamaq lazımdır. Yəni bu tip müalicələr üçün zamana ehtiyacımız var.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Dünyanın ən yaşlı əkizləri doğuldu

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü