Ukrayna KİV-i Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbəyə istinadən yazır ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərində və sərhədə yaxın ərazilərdə 550 minə yaxın hərbçi cəmləşdirib.
Oxu24.com xəbər verir ki,mənbə bildirib ki, Rusiya qrupunun təxminən 520 min əsgəri var, lakin başqa hərbiləşdirilmiş birləşmələr də var.
Mənbə iddia edir ki, işğal olunmuş ərazilərdə Rusiya Qvardiyası, Federal Təhlükəsizlik Xidməti və digər hüquq-mühafizə orqanlarından daha 32 min hərbçi var - onlar polis funksiyalarını yerinə yetirirlər.
Çərşənbə günü səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, cəbhə xəttində vəziyyət ağır olaraq qalır.
Ruslar əsas səylərini Kuraxovski, Pokrovski, Kupyanski, Xarkov istiqamətlərinə yönəldirlər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR