Türkiyədə verilişdə dava düşüb.
Oxu24.com xəbər verir ki, Star TV-də yayımlanan "Yenidən Zahide Yetişlə başlayaq" verilişində gərginlik artıb.
Efirə çıxan ata hirsini cilovlaya bilmədiyi üçün evdən qaçan qızına hücum edib.
Qızının münasibətdə olduğu yaşlı kişi ilə qarşılaşan ata qəzəblənib.
Qızının “Mən Benonu sevirəm” etirafına qəzəblənən ata əvvəlcə kişiyə tərəf addımlayıb, daha sonra yanında oturan qızına sillə vurub. Mühafizəçi müdaxilə edərkən, Zahide Yetiş baş verənlərə səssiz qalmayıb. Yetiş “Səni efirimdə istəmirəm” deyərək atanı studiyadan çıxarıb.
Həmin görüntünü təqdim edirik:
Nigar
Oxu24.com
ŞƏRHLƏR