Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110959
az

Mövsümündən əvvəl satışa çıxarılan qarpızın hansı zərərləri var?

19:0905 İyun, 2024
115
CƏMİYYƏT
  • A

İqtisadi və biznes əlaqələrinin genişlənməsi səbəbi ilə marketlərdə mövsümə uyğun olmayan meyvə-tərəvəz satılır. Məsələn, mövsümün başlamasına xeyli zaman qalsa da, artıq uzun müddətdir ki, marketlərdə qarpız satılır. Mütəxəssislər bildirirlər ki, mövsümündən əvvəl yetişdirilən qarpızlara stimuledici maddələr vurulur.

Məsələn, bu bostan bitkilərinin daha tez böyüməsi üçün onların becərilməsində amonium şorasından (seletra) çox istifadə olunur. Ona görə də indi satılan qarpızların tərkibində külli miqdarda nitrat olur. Bu maddələr orqanizmdə hemoqlabini qeyri-aktiv formaya çevirə bilir. Bu da hüceyrələrin tənəffüsünü pozur. Toxumalar və orqanlar hipoksiya yaşayır.

OXU24.COM  xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, hazırda marketlərdə satılan qarpızdan ən çox hamilə qadınlar və uşaqlar uzaq durmalıdır:

"Bu, onların həyatı üçün böyük risk yaradır. Ümumilikdə isə mövsümündən əvvəl satışa çıxarılan bostan bitkiləri hər kəs üçün təhlükə mənbəyidir. Ona görə də indiki vaxtda qarpızın istehlakı məsləhət deyil".

Vaqif Qarayev onu da əlavə edib ki, indi satışa çıxarılan bostan bitkilərinin genetik modifikasiya olunmuş məhsul (GMO) olma ehtimalı da böyükdür:

"GMO məhsulları isə bütün hallarda ziyanlıdır. Ona görə də yaxşı olar ki, nəfsimizi boğaq və mövsümü gözləyək. Əks təqdirdə heç də xoş olmayan sürprizlərlə qarşılaşa bilərik".

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə mövzu ilə bağlı bunları deyib:

"Qarpızın yetişdirilməsində digər hormonlardan istifadə edilir ki, buna da fitohormonlar adı verilib. Bunlar da insan orqanizmində böyük fəsadlara yol açır. Qarpız zəhərlənməsi özünü birdən-birə soyuq tər basması, qusma, ishal, gözlərə qaranlıq çökməsi və başgicəllənmə kimi hallarla göstərir. Əgər zəhərlənən şəxsdə təzyiq aşağı düşübsə və onu soyuq tər basıbsa, mütləq başı aşağı saxlamaq, mümkün qədər çoxlu maye qəbul etməsini təmin etmək və dərhal həkimə müraciət etmək lazımdır".

Qarpızın tərkibindəki maddələrin zəhərləməyə səbəb olduğunu söyləyən ekspert bildirib ki, xüsusilə də, həssas yaş qrupundan olan insanlar, yəni uşaqlar, yaşlı, xroniki xəstəliyi olan insanlar, hətta hamilə qadınlar üçün daha təhlükəlidir:

"Əgər bu məhsul hansısa bir qida növü ilə qəbul edilərsə, immun sistemi aşağı olan şəxslərdə həmin qidaların bir-biri ilə təsiri nəticəsində zəhərlənmə baş verir. Bu baxımdan da qarpızı mövsümdən əvvəl yemək məsləhət görülmür".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU
Suriyanın yeni xarici işlər naziri o oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ