Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaq deputatlarının suallarını cavablandırarkən bildirib ki, Almaniya Ukraynaya alman əsgərlərini göndərməyi planlaşdırmır.
Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bundestaqda keçirilən sual iclasında Almaniya üçün Alternativ Partiyasının (AfD) deputatı Rüdiger Lukassen Almaniya hökumətinin digər Aİ ölkələrini Ukraynaya əsgər göndərmək planları barədə məlumat verib-vermədiyini və Almaniyanın öz qoşunlarını münaqişə zonasına göndərməyi planlaşdırıb-götürmədiyini soruşub.
Pistorius "Suallarınıza cavablar yox və yox",-deyə qeyd edib.
Mayın sonunda Almaniya kansleri Olaf Şolz alman əsgərlərinin Ukraynaya göndərilməsini istisna edib. O, həmçinin ölkə üzərində uçuşa qadağan zonanın tətbiqi ideyasını dəstəkləməyib.
Bundan əvvəl “Der Spiegel” jurnalı Baltikyanı ölkələr və Polşanın Ukraynaya qoşun yeritməklə hədələdiyini yazıb.
Nəşrin yazdığına görə, Baltikyanı rəsmilər Almaniya da daxil olmaqla, Qərbin kifayət qədər dəstəyi olmadığı üçün Rusiya ordusunun cəbhədə ciddi uğur qazana biləcəyindən ehtiyat edirlər.
Belə olan halda onlar Rusiya Silahlı Qüvvələrinin öz sərhədlərinə yaxınlaşmasını gözləməyə hazır deyillər və Ukraynaya hərbi kontingent göndərməyə hazırlaşırlar ki, bu da NATO-nu münaqişənin iştirakçısına çevirəcək.
Əvvəllər Şolzun Pistoriusun “müharibəyə hazırlaşmaq” çağırışlarından narahat olduğu bildirilirdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR