Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110931
az

Mədəniyyət naziri Almaniya səfiri ilə görüşüb

16:0705 İyun, 2024
121
CƏMİYYƏT
  • A

Mədəniyyət naziri Adil Kərimli iyunun 5-də Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horleman ilə görüşüb.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, səfiri salamlayan nazir Azərbaycan ilə Almaniya arasında mövcud olan əlaqələrdən danışıb.

Qeyd olunub ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Almaniya səfiri Ralf Horleman qəbula görə təşəkkürünü bildirib. Azərbaycanda alman irsinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.

Diplomat Azərbaycan alman irsi ilə bağlı mədəni turizm layihəsi ilə bağlı təklif səsləndirib.

Söhbət zamanı hər iki ölkənin mədəniyyət müəssisələri, o cümlədən kitabxana, muzey, sərgi salonları və teatr-konsert müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulan iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə müzakirələrdə Almaniyanın müvafiq institutlarının təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ bu ölkələrin məhsullarına tariflər tətbiq edə bilər: martın 1-dən...
210 hotel bir hadisənin güdazına getdi -YENİLƏNDİ
Bu yolda məhdudiyyət aradan qaldırıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi