Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110925
az

Yük və sərnişindaşımaları üçün icazələrin verilməsi və daşıyıcıların uçota alınması davam edir

15:2705 İyun, 2024
98
CƏMİYYƏT
  • A

Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşımalar, eləcə də yükdaşıma ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur.

Oxu24.com xəbər verir ki, bu günədək ölkə daxilində sifarişli sərnişin və yükdaşımaları üzrə buraxılış kartı üçün 24670, buraxılış vəsiqəsi üçün isə 9562 müraciət daxil olub.

Bunlardan 22397 buraxılış kartı, 7289 buraxılış vəsiqəsi üçün müraciət edənlər ölkədaxili yükdaşımaları həyata keçirənlərdir. Sifarişli sərnişindaşıma sahəsində isə müraciət edilən buraxılış kartlarının sayı 2273, buraxılış vəsiqələrinin sayı 1529-dur.  İcazələrin verilməsi prosesi davam etdirilir.

Qeyd edək ki, sifarişli sərnişindaşıma və ölkə daxilində yükdaşımalarına buraxılış vəsiqəsini müvafiq sənədləri elektron qaydada AYNA-ya təqdim edərək almaq mümkündür. Bunun üçün Agentlik tərəfindən “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi istifadəyə verilib. İstifadəçilər “e-xidmet.ayna.gov.az” portalına daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.

Ölkədaxili sifarişli daşımaların icazə əsasında tənzimlənməsində əsas məqsəd  avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, daşıyıcıların uçotunun aparılması, bu sahədə daşımaların təhlükəsizliyinin, ətraf mühit və əməyin mühafizəsinin təmin olunmasıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifova yeni vəzifə həvalə edilib
“Luxe Home” şirkətinin tikdiyi binada kran sürücüsüfaciəli     şəkildə      öldü
Nazirlərin qəbuluna düşmək istəyənlərin nəzərinə!- Siyahı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxmuş şəxsin    son     durumu
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı- VİDEO