Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110923
az

Sahə həkimlərinin fəaliyyətinə nəzarət gücləndirildi

15:1405 İyun, 2024
92
CƏMİYYƏT
  • A

TƏBİB tibb müəssisələrində ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində tədbirləri gücləndirib.

TƏBİB-dən verilən məlumata görə, bu məqsədlə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində (şəhər və uşaq poliklinikalarında) sahə həkimlərinin və sahə tibb bacılarının tibb müəssisələrində və eləcə də xidmət göstərdikləri sahələrdəki iş saatları dəqiq tənzimlənib.

Onlar iş gününün 4 saatını poliklinikada, 2 saatını isə sahədə vətəndaşlara tibbi xidmət göstərərək onların zəruri tibbi müayinələrini həyata keçirirlər.

TƏBİB tərəfindən verilən, həmçinin sahə həkimlərinə gündəlik çağırışlardan əlavə, hər gün xidməti sahəsi üzrə dispanser qeydiyyatında olan xəstələri, ahıl şəxsləri (ən azı 2 xəstə) ziyarət etmələri, ertəsi gün isə həmin tibbi çağırış və aktiv gedişlərin müvafiq qeydiyyat jurnalında (TQS31 jurnalı) qeyd olunması tapşırığı verilib.

Bununla yanaşı, sahə həkimlərinin fəaliyyətini dəyərləndirmək üçün vətəndaşlardan xidmətin keyfiyyətinin sorğusu aparılır. Bütün bunlar TƏBİB-in prioritet tutduğu sahələrdən olan ilkin səhiyyə xidmətinin keyfiyyətinin daha da artırılması, eləcə də ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə atılan addımlar çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, TƏBİB əhalinin ilkin səhiyyə xidmətinə əlçatanlığının daha da asanlaşdırılması və ümumilikdə ilkin səhiyyə xidmətinin optimallaşdırılması, keyfiyyətinin artırılması istiqamətində fəaliyyəti gücləndirib. Bununla əlaqədar, tibb müəssisələrində fəaliyyət göstərən sahə həkimlərinin işinin keyfiyyətini yüksəltmək məqsədilə onların işinə nəzarət artırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Telegram"dakı nasazlığın səbəbi açıqlandı
Azərbaycanda qatarla sərnişindaşıma sentyabrda neçə faiz artıb?
Azərbaycan bu ölkəyə başsağlığı verdi

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR