Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110911
az

Rusiya Ukraynadakı fransız hərbi təlimçiləri “qanuni hədəf” hesab edir

13:5905 İyun, 2024
89
DÜNYA
  • A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Kiyevin Ukrayna qoşunlara dəstək verməsi üçün Fransadan təlimçilərin gəlməsinə icazə verməsinə reaksiya bildirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Lavrov Konqo xarici işlər naziri Jan Klod Qakosso ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynadakı fransız hərbi təlimatçıların “qanuni hədəf” olacağını deyib.

“Fransız təlimatçılara gəlincə, düşünürəm ki, onlar artıq Ukrayna ərazisindədirlər. Statusundan asılı olmayaraq, hərbi məmurlar və ya muzdlular silahlı qüvvələrimiz üçün qanuni hədəfdir”, - xarici işlər naziri vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov da eyni fikirləri bölüşüb: “Kiyev rejiminin qoşunlarına təlim keçən təlimatçıların heç bir toxunulmazlığı yoxdur və onların fransız olub-olmamasının heç bir əhəmiyyəti yoxdur”.

Fransa Prezidenti Emmanuel Makronun Ofisi Lavrov və Peskovun sözlərini şərh etməyəcəyini bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK
Dünyanın ən bahalı metalı açıqlandı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Paytaxtda DƏHŞƏT -Hamilə sevgilisini qarnından güllələdi, özü isə...