Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110909
az

DTX-nin həbs etdiyi casusa ağır cəza - Naxçıvan barədə məlumatlar toplayırmış...

13:2905 İyun, 2024
127
KRİMİNAL
  • A

Məhkəmə Naxçıvan barədə məlumatlar toplayan casusa cəza təyin edib.

Oxu24.com apa-ya istinadən xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etmiş Füzuli Əsədov dövlətə xəyanətdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Füzuli Əsədov 15 sentyabr 2023-cü il tarixində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat-istintaq tədbirləri ilə həbs edilib. Füzuli Əsədov Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirməkdə təqsirləndirilib.

İttihama əsasən, o xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilərək, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə məlumatlar toplanması barədə tapşırıqlar alıb, Naxçıvan MR-da yerləşən hərbi hissələrin, strateji müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin yerləşdiyi yerlər barədə və sair məlumatlar toplamaqla xarici xüsusi xidmət orqanının nümayəndəsinə ötürüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ötən il 216 kriminal qrup zərərsizləşdirilib
Şirvanda 5 kq narkotik vasitə     dövriyyədən    çıxarıldı
Narkotikin təsiri altında avtomobil idarə edən    sürücülər     saxlanıldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib