Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110897
az

Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı

11:5405 İyun, 2024
176
CƏMİYYƏT
  • A

Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb. 

Nazirin müaviq əmri ilə sözügedən idarənin Baş İdarə statusu ləğv edilib. Sözügedən qurum Ədliyyə Nazirliyinin  İnsan resursları İdarəsi olaraq fəaliyyət göstərəcək. 

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Kadrlar Baş İdarəsi ləğv edilərək yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Sözügedən idarənin rəisi vəzifəsinə ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu təyin olunub. General Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.

Əldə etdiyimiz məlumata görə, general Rauf Məhərrəmov yaxın günlərdə təqaüdə göndəriləcək. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO