Keçmiş Sovet Azərbaycanının siyasi xadimi, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi və 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Rusiyanın geosiyasi analitiki Vaqif Hüseynov vəfat edib.
OXU24.COM xəbər verir ki, bu barə MK məlumat yayıb.
Bildirilir ki, o, 82 yaşında idi və Rusiyada dünyasını dəyişib.
Qeyd edək ki, V.Hüseynov 1989-1991-ci illərdə Azərbaycan DTK-nın sədri, uzun müddət Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri və digər vəzifələrdə çalışıb.
Oxu24.com
ŞƏRHLƏR