Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110844
az

“Tərtər işi”ndə təqsirli bilinən şəxslərə hökm oxunub

16:1804 İyun, 2024
54
KRİMİNAL
  • A

Sumqayıt Məhkəmə Kompleksində İyunun 4-də “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Ruslan Mikayılov 6 il 10 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO
Göygöldə DƏHŞƏT: Meşədən bir il əvvəl itkin düşmüş qızla oğlanın asılmış meyitləri tapıldı
Çimərlikdə 6 min manatlıq telefonlar oğurlandı

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO