Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110832
az

Faiq Ağayev illərdir küsülü olduğu Brilliant Dadaşovadan danışdı

15:2004 İyun, 2024
56
ŞOU-BİZNES
  • A

Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu həmkarı Brilliant Dadaşovadan danışıb. 

Axşam.az xəbər verir ki, müğənni "Xəbərin var?" verilişində Dadaşovaya bir daha barışıq addımı atıb:

"İnsanlar var ki, onların ulduzları heç cürə barışmır. Dəfələrcə demişəm, həm sənətdə, həm bir qadın, ana, həyat yoldaşı, həm də kiminsə rəfiqəsi və dostu kimi bütün yolları hamar, gözəl, uğurlu olsun. Gümüş dalınca gedib, qızıl tapsın. Bunu səmimi qəlbdən, sidq ürəkdən arzulayıram. Çünki mənim Brilliant Dadaşova ilə bağlı həyatımda bir dirəniş nöqtəm yoxdur. Çox dibinə kimi getsək, bizim bir düşmənimiz var. Ona da qalib gəldik, başına yumruq vurduq".

F.Ağayev bildirib ki, Dadaşovanın oğlu Cahadın toyunda mahnı oxumağı belə düşünür:.

"Brilliant heç zaman düşmənim ola bilməz. Çünki o mənim öz millətimdən, canımdandır. Ulduzlarımız barışmır, amma bu faciə deyil. Bu o demək deyil ki, dayanmadan Brilliant məni, mən də onu söyməliyəm. Bu çox ayıb olar. İlk əvvəl bu sənətə vurulan zərbədir. Çünki biz bir-birimizlə belə münasibətdə olanda kənardan “Bu sənətdə olanlar hamısı zaydır” deyirlər və ümumilləşdirib sənəti vururlar. Bu sənətdə peşəkarları qorumaq kimi vəzifəm var mənim. Heç zaman bu sənətin yaxşısını vurmaram. Heç pisini də vurmaram, sadəcə ondan danışmaram.

Amma yaxşı sənətçini vurmaq olmaz. Brilliantın oğlunun toyu olsa, gedib orada çıxış edərəm. “Cavad” adlı bir mahnım var. Onu dəyişib “Cahad” edib, oxuyaram".

Qeyd edək ki, B.Dadaşova və F.Ağayev illərdir küsülüdür. Onlar dəfələrlə bir-birinin ünvanına qalmaqallı sözlər deyib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aygün Kazımovanın toyda çətin anları - VİDEO
Haluk Levent xəstəxanaya yerləşdirildi
“11 milyonluq saat taxsaydım,vergi işçiləri qapımda olardı”

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı