Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110813
az

Mərkəzi Bankın yeni binasının xərci 770 milyona çatıb

12:4704 İyun, 2024
137
  • A

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb.

Oxu24.com APA-ya istinadən xəbər verir ki, AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.

Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir.

Qeyd edək ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirməsi və tikintisi üçün tender elan edib. 2021-ci ildə Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb.

“Tekfen İnşaat” bundan əvvəl “SOCAR Tower” və Bakı Olimpiya Stadionunun tikintisini də həyata keçirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azeri Light” bu gün      neçəyə      satılır?
Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir- Video
Bu şəxslərin pensiyalarıiki     dəfə       artırılacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi