Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110805
az

XTQ-nin komandanı vəzifəsi bu generala həvalə edildi

12:0704 İyun, 2024
80
CƏMİYYƏT
  • A

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı vəzifəsinə icraçı təyin edilib.

Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.

A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini-quru qoşunlar komandanı təyin edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"İqlimin maliyyələşdirilməsi əsas prioritetimizdir" - Muxtar Babayev
Dövlət Xidmətinə daha bir səlahiyyət verildi
Daha yeddi itkin-şəhidin dəfn mərasimi keçiriləcək

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO