Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110796
az

Əmisini sexdə öldürən şəxsin məhkəməsi başlayır - CİNAYƏT İŞİ

11:0004 İyun, 2024
2658
KRİMİNAL
  • A

Əmisini  xüsusi  amansızlıqla  öldürməkdə  təqsirləndirilən  Elməddin  Fətəliyevin  cinayət işi üzrə məhkəmə  prosesi  davam  edir.

 

Oxu24.com  xəbər verir ki, hadisə  ötən  ilin oktyabrın 17-də Xətai rayonu  NZS  qəsəbəsində avtomobil təmiri sexində  baş  verib.

 

Mübahisə  zamanı  Elməddin Fətəliyev  doğma  əmisi  Arif   Fətəliyevi  3  güllə  yarası  ilə  qəsdən  həyatdan   məhrum  edib. 

 

Sözügedən  cinayət  işi  üzrə  Bakı  Ağır  Cinayətlər  Məhkəməsində  hakim  Şəlalə  Həsənovanın  sədrliyi  ilə  keçirilən   məhkəmə  prosesində  qətli  törətməkdə  ittiham  olunan  Elməddin   Fətəliyevə  12 il  müddətinə  cəza  verilib. 

 

Cinayət işi  üzrə  keçirilən  məhkəmə  proseslərində  Cinayət  Məcəlləsinin  120.2.2-ci maddəsinə  uyğun  baxış  keçirilsə  də, son  anda  hakim   irəli  sürülmüş ittihama dəyişiklik  edərək 120.1-ci  maddə  ilə  hökm  çıxarıb.

 

Baş  Prokurorluğun  müvafiq  idarəsi  çıxarılmış hökmdən  Bakı  Apellyasiya  Məhkəməsinə   apellyasiya   protesti  verib.

İş  üzrə  baxış  5  iyun  2024-cü  il  tarixində  Bakı Apellyasiya  Məhkəməsində  hakim  Qədim Babayevin sədrliyi  ilə  keçiriləcək.

 

 

Zərərçəkmiş  şəxsin  hüquqi varisi, həyat  yoldaşı  Vəsilə  Fətəliyeva  bildirib  ki,həyat  yoldaşını  qətlə yetirən  Elməddin   Fətəliyev   məhkəmələrdə   hakimlərin  gözü  qarşısında  ona və ailə  üzvlərinə    azadlığa  çıxıb  onları  da  öldürəcəyi  barədə   hədə-qorxu gəlib.

Vəsilə Fətəliyeva həmçinin bildirib ki, qarşı  tərəf  Apellyasiya Məhkəməsində hər şeyin onların xeyrinə həll olunacağını  və  artıq hər şeyin razılaşdırıldığını iddia edib.

 

Qətlə yetirilən A.Fətəliyevin hüquqi varisinin vəkili Şəms Mirzəyeva bildirib ki,məhkum edilmiş Elməddin  Fətəliyev  və  ona  yaxın  mənbələrin yaydığı şaiələrin heç bir hüquqi əsası yoxdur.

(Vəkil - Şəms Mirzəyeva)

 

“Azərbaycan müasir və hüquqi dövlətdir.Məhkəmələrin  çıxardığı  qərarlar  kifayət qədər etibarlı,hüquqi bazaya  əsaslanır.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə,həmin Məcəllənin Ümumi hissəsinin müddəaları  nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.”,-deyə vəkil bildirib.

 

Miri

 

(Hadisə anının videosu)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO
62 yaşlı kişi sirkə turşusu içərək intihar etdi
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO