Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11077
az

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir?

13:1719 Mart, 2019
953
KRİMİNAL
  • A
 
Son günlər sosial şəbəkələrdə gedən müzakirələrdə cəzaçəkmə müəssisələrində  saxlanılan məhkumların qida rasionu gündəmə gətirilib. Bəzi keçmiş məhkumlar dustaqlara ümumiyyətlə ət verilmədiyini iddia edir. Digərləri isə bayramdan bayarama toyuq əti verildiyini bildirir. Hər gün yaxınlarının cəzaçəkmə müəssisələrinə müxtəlif qidalardan hazırlanmış bağlamalar gətirmək məcburiyyətini isə məhkumların qida rasionunun zəif olması ilə əlaqələndirirlər.


Oxu24.com -un  məlumatına görə, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az-a bildirib ki, dustaqlara verilən qidaların siyahısı normativə uyğun hazırlanır:

 
“Məhkumların qidalanması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş normalar əsasında həyata keçirilir. Məhkumların qida rasionunda ət, toyuq, balıq, müxtəlif çeşidli tərəvəzlər var. Eyni zamanda, azyaşlı məhkumlar, hamilə qadınlar, diabet xəstələri üçün ayrıca yeməklər hazırlanır. Müalicə müəssisəsində saxlanılan, vərəmli, infeksiyalı və digər profilli xəstələr üçün tamam başqa menyuda xörəklər hazırlanır. Onlar gücləndirilmiş dietadan istifadə edirlər. Onların səhhətinin, fiziki durumunun normal saxlanılması üçün çox yaxşı qida lazımdır. Bildiyiniz kimi, vərəmli məhkumlar çox sayda dərman pereparatları qəbul edirlər. Bu cür xəstələrə şokoladdan tutmuş süd məhsullarına qədər hər şey verilir”.

 

M.Sadıqov qeyd edib ki, “məhkumlara ət verilmir!” iddiasında olanlar həqiqətə uyğun olmayan məlumatlar yayır:

 

“Məhkumun həftələrlə ət yeməməsi kimi bir hal qətiyyən ola bilməz. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında bişirilmiş qidalar orada saxlanan məhkumların tam fiziki durumda olmasına kifayət edir”.

 

Şöbə rəisi “bayram günlərində məhkumların qida rasionu hansı şəkildə təşkil edilir” sualını belə cavablandırıb:

 

“Milli bayram günlərində hər bir müəssisədə müdiriyyətin təşəbbüsü ilə bayram süfrələri açılır. Menyuda aş-qara, müxtəlif növ şirniyyatlar və s. olur. Nəinki məhkumlar üçün, hətta mühafizə alayının və konvoy taborunun əməkdaşları üçün də bayram süfrələri təşkil olunur”.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda  qızlara söz atan  oğlan  öldürüldü
Bakıda gecə kişi evli qadınla görüşə getdi, qonşular basqın etdi - Şok  kadr
Bakıda iki gəncin qaranlıqda etdiyi hərəkət kameraya düşdü

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı