Təyyarə sərnişinləri təsadüfən son anlarını ürpədici kadrlara çəkiblər. Dəhşətli videonu məşhur "Reddit" forumunda NightOwlTokyo ləqəbli istifadəçi paylaşıb.
OXU24.COM xəbər verir ki, təyyarə Erebus dağına çırpılıb və göyərtəsində olan 257 nəfərin hamısının həlak olub. Qəzadan əvvəl insanlar Antarktida üzərində görməli yerləri gəzirdilər.
Qısa videoda Oklenddən Antarktidaya səyahət edən "Air New Zealand 901" reysi ilə hər yaşda olan insanların həyəcanla kabinədə hərəkət etməsi, pəncərələrdən şəkil çəkdirməsi göstərilir. Faciəli hadisə 1979-cu il noyabrın 28-də baş verib. Kapitan-pilot Cim Kollinz sərnişinləri daha yaxşı mənzərə ilə təmin etmək üçün təyyarəni təxminən 609 metr hündürlüyünə qaldırıb.
Sonuncu hesab edilən və yıxılma anında çəkilmiş fotoşəkillərdən birində yanacağın illüminatora necə sıçramağa başladığı göstərilir.
Təyyarənin qalıqlarından kameralar çıxarılıb, onların köməyi ilə qarla örtülmüş mənzərəni çox detallı şəkildə əks etdirən fotoşəkillər əldə etmək mümkün olub. İlkin araşdırma zamanı belə qənaətə gəlinib ki, qəzaya səbəb pilot xətası olub. Lakin ictimaiyyətin etirazı ekspertləri faktları bir daha yoxlamağa məcbur edib. Bundan sonra müəyyən edilib ki, qəzaya səbəb fəlakət ərəfəsində uçuş marşrutunun koordinatlarına düzəliş edilməsi olub.
Ekipaj bu dəyişiklik barədə məlumatlandırılmayıb və təyyarənin Erebus dağına yönləndirildiyini dərk etməyib.
Kokpitdən götürülmüş son səsyazmalarında pilotların təyyarənin təhlükəli dərəcədə uçuruma yaxın olması barədə xəbərdarlıqları eşidilir. Altı saniyə sonra təyyarə yamaca çırpılıb.
Bir çoxları hələ də "Air New Zealand"ı ən ölümcül qəzasını planlı yalanlarla ört-basdır etməkdə günahlandırır.
Oxu24.com
ŞƏRHLƏR