Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110765
az

Kaladze “xarici agentləri” hədələdi

22:0403 İyun, 2024
150
  • A

Gürcüstanda qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanuna uyğun olaraq təşkilatların reyestrdə qeydiyyatdan keçməkdən imtinası əmlakın müsadirə edilməsi və fəaliyyətlərinin dayandırılması ilə nəticələnəcək.

 

Oxu24.com xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.


“Əgər təşkilatlar tələblərə əməl etməsələr, maliyyə cərimələri tətbiq olunacaq, sonra isə əmlaklarına həbs qoyulacaq. Onlar nə fəaliyyət göstərə, nə də vəsait ala biləcəklər. Əgər həqiqətən də yaxşı iş görürlərsə və pis niyyətləri yoxdursa, bəyannamə doldurub maliyyə göstərməyin nə problemi var? Lakin belə bir şübhə var ki, qütbləşmə, inqilabi ssenarilərin maliyyələşdirilməsi - bütün bunlar şəffaflığın olmaması səbəbindən baş verib”, - Kaladze jurnalistlərə bildirib.

 

O, həmçinin qeyd edib ki, Gürcüstana qarşı sanksiyalar gözləmir.

 

“Mən heç kimin sanksiyaya məruz qalacağını gözləmirəm, çünki biz sanksiyalara məruz qalacaq heç nə etməmişik. Öz ölkəsində qanun qəbul edən və ölkə əhalisinin əksəriyyəti onlara hüquq verən insanlara qarşı necə sanksiyalar tətbiq edə bilərsiniz? Bu, sadəcə olaraq inanılmazdır”, - deyə Tbilisi meri əlavə edib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Kiçik məqsədlər uğur gətirməz" - Dünyanın ən zəngin adamlarından 20 sitat
"O ses Türkiye"nin yeni münsifləri açıqlandı - O da olacaq...
Vinisius ən yaxşı seçildi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO