Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110759
az

Rusiya Ukrayna ərazisi üzərində F-16 qırıcılarını vuracaq

21:2303 İyun, 2024
119
DÜNYA
  • A

Əgər F-16 qırıcıları Ukrayna ərazisi üzərindən uçsa, Rusiya Silahlı Qüvvələri onları vuracaq.

 

Oxu24.com  xəbər verir ki, bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

 

Qavrilov xatırladıb ki, F-16 nüvə silahı daşıyıcısı ola bilər, ona görə də Rusiya üçün bu qırıcının Ukrayna səmasında olması nüvə təhlükəsizliyi məsələsidir.

 

Diplomat Rusiya prezidenti Vladimir Putinin “Kiçik ölkələr nə ilə oynadıqlarını dərk etməlidir” deyən bu yaxınlarda verdiyi bəyanatı xatırladıb.

 

İyunun 3-də Hollandiya Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş F-16 qırıcılarından Rusiya Federasiyasına zərbələr endirmək üçün istifadəyə icazə verib.

 

Bu barədə Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Sinqapurda keçirilən Şanqri-La forumunda bildirib.

 

Bundan əvvəl Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen F-16-ların istifadəsi ilə bağlı oxşar mövqeyi təsdiqləyib.

 

Onun sözlərinə görə, Danimarka parlamenti müzakirələr zamanı aydın şəkildə bildirib ki, Rusiya ərazisinə zərbələr “özünümüdafiənin bir hissəsidir”.

 

Bundan əvvəl məlum olub ki, Belçika Kiyevə F-16-ları Ukraynadan kənarda istifadə etməyə icazə verməyib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan NATO-nun sammitində iştirak edəcək
Tornado fəlakəti: 5 ölü, 88 yaralı var
“Avatar” və “Titanik” filmlərinin prodüseri vəfat etdi

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Qohumunu güllələyən 29 yaşlı şəxs saxlanıldı