Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110740
az

Azərbaycanda titullu idmançı həbs edilib

18:3403 İyun, 2024
295
KRİMİNAL
  • A

Ağır atletika üzrə Azərbaycan çempionu, bir sıra beynəlxalq yarışların qalibi Ümidvar Bayramlı həbs edilib.

 

Oxu24.com  xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmış idmançıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

 

Dostunu bıçaqlamaqda təqsirli bilinən 2001-ci il təvəllüdlü idmançıya 5 il müddətinə həbs cəzası verilib.

 

Bildirilib ki, Ü.Bayramlı 27 sentyabr 2023-cü il tarixində, saat 23.00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsindəki yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb. Belə ki, Ümidvar Bayramlının zərərçəkmişə satdığı mobil telefon nasaz çıxdığı üçün onlar arasında mübahisə yaranıb. Mübahisə zəminində Ü.Bayramlı tanışına bıçaqla qarın nahiyəsindən zərbə endirib. Düz və çənbər bağırsaqları kəsilən Mirzə xəstəxanaya çatdırılıb.

 

O da məlum olub ki, gənc idmançı 2022-ci ildə oğurluq əməlinə görə də məhkum edilibmiş və bıçaqlanma hadisəsini törədərkən həmin cəzasını çəkib başa vurmayıbmış.

 

Məhkəmədə Ü.Bayramlı bildirib ki, Mirzəni görüşə yaranmış mübahisə ilə əlaqədar çağırıb və onu söyüşə görə bıçaqlayıb.

 

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümidvar Bayramlı ağır atletika üzrə Azərbaycan çempiondur. O, həmçinin İsveçdə keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi