Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110727
az

Kapital Bank-ın dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib

16:2303 İyun, 2024
130
  • A

Kapital Bank-ın dəstəyi və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxracın maliyyələşdirilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.

Layihənin məqsədi Azərbaycanın xarici ticarət nümayəndələrinin maliyyə resurslarına sürətli əlçatanlığı üçün inklüzivliyin artırılması və asanlaşdırılması, mütəmadi likvid təminat problemi yaşayan ixracatçıların ticarət-maliyyə alətlərindən istifadəsinin genişləndirilməsi, onların innovativ maliyyə alətləri haqqında məlumatlandırılması idi.

Təlimdə Kapital Bank-ın nümayəndələri də iştirak edib. Kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin Mustafayev çıxışında sahibkarlarla bu formatda görüşlərin keçirilməsinin əhəmiyyətindən, bankın sahibkarlıq istiqamətində atdığı addımlardan, sahibkarlara yaradılan imkanlardan, bütün təşəbbüslərin müştəri mərkəzli xidmətin yaxşılaşdırılmasına yönəlməsindən danışıb. Təlimdə Kapital Bank-ın KOS və Korporativ məhsullar sahəsinin meneceri Orxan Mürsəlov və  məhsul sahibi İsmət Vəkilov overdraft, gömrük kredit xətti, faktorinq, ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixrac zamanı avans ödənişləri, akkreditiv haqqında sahibkarlara geniş məlumat verib.

Çıxışların ardından fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Masallıda    işıq       olmayacaq
“Bakı Şəhər Halqası”nın mətbuat katibi o oldu- Foto
BMU-da qış imtahan sessiyası     başa     çatıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Cəbrayıl şəhərciyində qadın     narkotiklə      saxlanıldı