Qaynar xətt:

(+99450) 247 90 86

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib - FOTOLAR

CƏMİYYƏT

147

03.06.2024, 16:07

Lənkəranda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhərinin "Kiçik Bazar" deyilən ərazisində dənizdə bir nəfərin boğulması barədə təcili yardıma məlumat daxil olub. Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Hazırda ona tibbi yardım göstərilir, şəxsin kimliyi dəqiqləşdirilir.