Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110716
az

Qazaxıstan “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb

15:4003 İyun, 2024
81
DÜNYA
  • A

Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün “Taliban”ı terrorçu təşkilatlar siyahısından çıxarıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlament palatalarının spikerləri ilə görüşündə deyib.

“Qazaxıstan müasir Əfqanıstanla ticari-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, talibləri terrorçu təşkilatlar siyahısından çıxarıb”, - o bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Orada şiddətli döyüşlər gedir: sülhməramlılar ölüb
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO