Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110665
az

Qanda şəkərə nəzarət edən içki hazırlandı

09:5903 İyun, 2024
109
CƏMİYYƏT
  • A

Ural Dövlət Universitetinin mütəxəssisləri diabetli xəstələrdə qan şəkərinin səviyyəsini azalda biləcək içkinin hazırlandığını açıqlayıblar.

OXU24.COM  xəbər verir ki, içki ikinci dərəcəli qida məhsullarından, o cümlədən toyuq ətindən əldə edilən zülal hidrolizatından istifadə edən unikal formulaya əsaslanır.

Alimlər bildirib ki, bu içki 1-ci tip diabet üçün ənənəvi müalicəni effektiv şəkildə tamamlaya bilər.

Tədqiqatçılar hər yeməkdən əvvəl bu içkinin içilməsinin insulin istehlakını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcəyini təklif ediblər. Onların hesablamalarına görə, bu, qanda qlükoza səviyyəsinə nəzarət etmək və bu xəstəliklə bağlı ağırlaşma riskini azaltmaq üçün mühüm addım ola bilər.

Diabetes mellitus ya mədəaltı vəzi tərəfindən qeyri-kafi insulin ifrazı, ya da bu hormonun orqanizm tərəfindən səmərəsiz istifadəsi nəticəsində yaranan ciddi xroniki xəstəlikdir.

Diabetin qeyri-adekvat müalicəsi görmə itkisi, ətrafların amputasiyası, böyrək çatışmazlığı, infarkt və insult kimi ciddi fəsadlara səbəb ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS
Hormonal problemləri dəf etmək üçün 5 MƏHSUL

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib