Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110653
az

Reflüks xəstəliyi ürək problemi ilə qarışdırıla bilər – Həkimdən XƏBƏRDARLIQ

18:5502 İyun, 2024
120
CƏMİYYƏT
  • A

Qastroezofageal reflüks mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsidir. Reflüks mədədə yanma və mədə yanması problemi ilə özünü göstərən bir xəstəlikdir. Uzun müddət davam edən və müalicə olunmayan reflüks xəstəliyi yemək borusunda xərçəngin əmələ gəlməsinə yol aça bilər. Bu səbəblə reflüks şikayətlərini vaxt itirmədən nəzərdən keçirmək və mütəxəssisə müraciət etmək böyük əhəmiyyət kəsb edir.

 OXU24.COM  xəbər verir ki, uzman qastroenteroloq Dr. Fuad Mustafayev reflükslə bağlı ən mühüm məsələlərə aydınlıq gətirib.

Reflüks xəstəliyi ürək problemi ilə qarışdırıla bilər.

"Yemək vərdişlərindən və müəyyən qidaların tez-tez istifadəsindən asılı olaraq, mədə turşusu və mədə möhtəviyyatə qida borusuna (özofagusa) geri sıza bilər. Hətta yemək boğaza çata bilər. Bu vəziyyət reflüks adlanır. Reflüksdə döş qəfəsinin ön hissəsində və bəzən boğazda yanma hissi olunur. Bu vəziyyət, zaman-zaman ürək spazmı ilə qarışdırıla bilər, xəstə hətta infarkt keçirdiyini düşünə bilər", - F.Mustafayev bildirib.

Onun sözlərinə görə, reflüks şikayətlərinə daxildir:

"Quru öskürək, diş xəstəlikləri, səsin batması, boğaz ağrısı və qulaq iltihabı da görülə bilər. Bundan əlavə, mədə yırtığı, yuxarı qida qayıtmasına səbəb olduğu üçün daha çox kilolu və yaşlı xəstələrdə reflüks halına rast gəlinir".

Reflüks anemiya və kilo itkisi ilə müşayiət olunursa...

"Xəstənin döş qəfəsində ağrı və yanma hissi, udma çətinliyi və s. şikayətlər varsa, qidanı udarkən udlaqda və ya qida borusunda ilişib qalma hissi varsa, arıqlamaq və tez doymaq kimi hallar baş verirsə, mütləq həkim qastroenteroloqa müraciət etmək lazımdır", - deyə həkim vurğulayıb.

Nə zaman endoskopik müayinə lazımdır?

"Bəzi hallarda bəzi ilkin müayinələrin aparılması və sonra endoskopiya proseduru tövsiyə olunur. Xəstə anamnezdə mədə yanması, mədədə yanma, qidanın boğaza doğru gəlməsi əlamətləri varsa, bu reflüks diaqnozu üçün kifayətdir. Bununla belə, anemiya, kilo itkisi və ailədə xərçəng xəstəliyinin olması kimi narahatedici simptomlar varsa, endoskopik müayinə lazımdır. Bundan əlavə, öskürək və səs batması şikayətləri olan xəstələr üçün qida borusunun həm yuxarı, həm də aşağı tərəfinə yerləşdirilən çip dəsti ilə turşunun nə qədər çıxdığı, müddəti və nə qədər şiddətli olduğu müşahidə edilməlidir", - F.Mustafayev diqqətə çatdırıb.

Həkim vurğulayıb ki, reflüks müalicə olunmazsa, xərçəngə tutulma riski yarana bilər:

"Reflüksün meydana gəlməsində bir çox faktorlar rol oynayır. Artan psixoloji faktorlar bu gün bir çox mədə şikayətlərinə səbəb ola bilər. Stress səbəbiylə mədə turşusunun səviyyəsi yüksəlir, bu da reflü şikayətlərini artıra bilər. Reflüks daha çox kilolu insanlarda olur. Uzun müddət davam edən reflüdə yemək borusu ilə mədənin qovşağında meydana gələn və Barret özofagusu adlanan selikli qişa dəyişikliklərinə səbəb ola bilər. Bu hallar gələcəkdə xərçəng xəstəliyinədə yol aça bilər. Endoskopiyadan sonra xəstəliyin miqyası, müalicəsi və gələcək xoşagəlməz hallar proqnozlaşdırıla bilər. Bundan əlavə, reflüks yalnız mədə turşusundan deyil, ödün geri axınından da qaynaqlana bilər".

Reflüks şikayətlərini azaltmaq üçün nə etməli?

"Həyat tərzi ilə bağlı dəyişikliklər edilməlidir. Yemək vaxtı və pəhrizin dəyişdirilməsi ilk növbədə gəlir.
Əgər xəstə artıq çəkiyə malikdirsə, o, arıqlamalıdır. Çünki piylənmə bir sıra mexanizmlərlə reflüyə yol açır və reflü şikayətlərini artırır.

Mədə çox doldurulmamalı, kiçik hissələrlə qida qəbul edilməlidir. Uzun müddətli pəhrizdən sonra böyük porsiyalarla qida qəbulu olmaz. Qızardılmış yeməklər, şokolad və yağlı qidalar kimi gec həzm olan və mədədən həzmi çətinləşdirən qidalara üstünlük verilməməlidir.

Ədviyyatlı qidalar istifadə edərkən diqqətli olunmalı, mədəyə faydalı olduğu hiss olunmayan qidalar qəbul edilməməlidir.

Xüsusən axşam saatlarında yatmağa getməzdən əvvəl mədə tox olmamalıdır. Yatmazdan ən az 3-4 saat əvvəl maye və ya bərk qida qəbul etməmək vacibdir", - deyə həkim nəzərə çatdırıb.

Yuxu apnesi təhlükəsi:

F.Mustafayev bildirib ki, mədə dolu olduqda, mədə möhtəviyyatı qida borusuna (özofagusa) geri qayıtması daha asan olur. Bu da yuxu apnesinə səbəb ola bilər:

"Yuxu apnesi altında başqa səbəblər olsa belə, reflü yuxu rejimini pozur. Reflüks şikayətlərində yastığı qaldırmaq yerinə çarpayının başını 30- 45 sm qaldırmaq daha məqsədəuyğundur.

Qarın təzyiqini artıran hərəkətlər yeməkdən sonra edilməməlidir. Bükülmə və düzəlməyə səbəb olacaq fiziki hərəkətlər üçün bir müddət gözləmək lazımdır. Beli dartan paltar geyilməməlidir".

Nə vaxt əməliyyat tətbiq olunur?

"Reflüks müalicəsi hər xəstə üçün fərqlidir. Uzun müddət dərman qəbul edən xəstələr ildə ən azı iki dəfə həkimə müraciət etməlidirlər. Bəzi xəstələrdə həkim tərəfindən təyin olunan vaxtlarda bir neçə ildən bir endoskopiyanı təkrarlamaq lazım ola bilər. Şikayətlər adətən yemək vərdişlərində, çəkidə, gündəlik həyatda tərzində və dərman müalicəsində lazımi düzəlişlərdən sonra yox olur. Ancaq bəzi xəstələrdə dərmanlar kifayət olmaya bilər və ya çox uzun müddət istifadə edilməli ola bilər. Bu qrup xəstələrdə reflüks əməliyyatı aparılır", - deyə qastroenteroloq bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün Bakıya sulu qar yağacaq -PROQNOZ
Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ -Bu vəziyyətə düşmə ehtimalı çoxdur

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi