Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110622
az

Lavrov Almaniyanın blokadadan sağ çıxanlara ödənişlə bağlı mövqeyini kinli adlandırıb

21:3001 İyun, 2024
128
DÜNYA
  • A

Almaniyanın Leninqrad mühasirəsindən sağ çıxanlara ödənişlə bağlı mövqeyi kinlidir.

 

Oxu24.com  xəbər verir  ki,bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

Belə ki, o, Almaniya hakimiyyətinin yalnız yəhudi əsilli şəxslərə ödənişlə bağlı açıqlamalarına münasibət bildirib.

 

“Biz onlara müraciət etdik və bildirdik ki, ədalət zəfər çalmalıdır, blokadadan çıxanların hamısı eyni dərəcədə əziyyət çəkdi, donub qaldılar”, - XİN rəhbəri vurğulayıb.

 

Lavrovun sözlərinə görə, Almaniya cavab verib ki, “qanunlara görə” Holokost qurbanlarına təzminat ödənilməlidir, qalan hər kəs Holokost qurbanı deyil.

 

Nazir qeyd edib ki, o, bu barədə Almaniyanın hazırkı prezidenti Frank-Valter Ştaynmayerlə hələ Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışarkən danışıb. Lakin bütün bunlar bu məsələdə heç bir nəticə vermədi.

 

Bundan əvvəl Rusiya Leninqradın blokadasını SSRİ xalqının soyqırımı kimi tanımaqdan imtina edən Almaniyanın mövqeyini pisləyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi belə bir mövqeni əxlaqsızlıq hesab edir.

 

Yada salaq ki, 2024-cü ilin martında Rusiya Almaniyadan Leninqradın blokadasını və SSRİ ərazisində Üçüncü Reyxin digər cinayətlərini rəsmən soyqırım kimi tanımasını tələb edib.

 

Rusiya tərəfi Almaniyanın bu məsələnin İkinci Dünya Müharibəsindən sonra təzminat ödənilməklə həll olunduğuna dair arqumentlərini tamamilə qəbuledilməz və inandırıcı adlandırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzada ölən xanımının fotosunu görüb ağladı
Ərdoğan Makronla    telefonla    danışdı
Polşada Nüvə Tədqiqatları Mərkəzində     yanğın      oldu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 8-ci sinif şagirdi      bıçaqlandı (FOTO)