Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110615
az

Bakıda küləyin sürəti gücləndi, bəzi rayonlara dolu düşdü - FAKTİKİ HAVA/YENİLƏNDİ

21:1901 İyun, 2024
103
CƏMİYYƏT
  • A

İyunun 1-i saat 20:00-a olan məlumata əsasən öncədən xəbər verilən narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s,Naftalanda 22 m/s-dir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda narıncı, ayrı-ayrı yerlərdə isə sarı xəbərdarlıq verilib.

Sarı xəbərdarlığa uyğun Goranboyda isə küləyin sürəti 19 m/s təşkil edir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 02-si günün ikinci yarısınadək davam edəcək.

xxx

19:00

İyunun 1-i saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə OXU24.COM  -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Goranboy rayonu Böyrü qəsəbəsinə saat 17:30-17:35 radələrində diametri 11-15 mm, Goranboy rayonu Meşəli kəndinə 10-13 mm, həmçinin rayonun Şəfəq və Zeyvə kəndlərinə də dolu yağıb.

xxx

18:24

İyunun 1-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Mingəçevir, Şəki, Şahdağ, Oğuz, Tərtərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Daşkəsən rayonunda saat 15:53-15:57 radələrində diametri 20 mm, Göygöl rayonu Kərəmli kəndinə saat 16:20-16:24 radələrində 10-12 mm, Göygöl rayonu Şəhriyar kəndinə saat 16:23 radələrində 10-14 mm, Gədəbəy rayonuna isə saat 17:45-18:00 radələrində 6 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 34, Aran rayonlarında 36, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah iki rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
Prezidentin təklifi ilə bu xanım Baş nazir TƏYİN EDİLDİ -FOTO
Bu gün 18 avtomobil SU QİYMƏTİNƏ SATILDI

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur