Qaynar xətt:

(+99450) 247 90 86

Cəlilabadda dəhşətli hadisə: Meyiti sudan tapıldı

REDAKTORUN SEÇİMİ

286

01.06.2024, 19:16

Cəlilabad rayonunda suda boğulma ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Şükürov Həsən Aftandil oğlu dostları ilə birlikdə çimmək üçün Uzuntəpə kəndi ərazisində yerləşən "Karyer" adlandırılan su bəndinə gediblər.

H.Şükürov birgə çimdiyi dostlarından bir az kənara üzüb. Bu zaman o su bəndində boğulub. Mərhumun meyiti yaxınlıqda yaşayan insanlar tərəfindən çıxarılıb.

O, Uzuntəpə kəndində nənəsinin himayəsində yaşayırmış.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.