Almaniyanın Hagen şəhərində naməlum şəxs tapança ilə bir neçə nəfəri yaralayıb.
Oxu24.com xəbər verir ki,bu barədə Bild məlumat yayıb.
Nəşrin məlumatına görə, bir neçə dəfə atəş açılıb. Əvvəlcə mənzillərin birində, sonra isə yaxınlıqdakı bərbərdə atışma səsləri eşidildi. Həmin şəxs qaça bilib və hazırda polis onu axtarır. Atəş açılan yerin ətrafı mühasirəyə alınıb və nəqliyyatın hərəkəti dayandırılıb.
Polis Bild-ə bildirib ki, bir neçə nəfər yaralanıb. Hüquq-mühafizə orqanları atışmanın məişət zəminində baş verdiyini qeyd edib.
Hadisə yerinə helikopterlə gələn xilasedicilər zərərçəkənlərə yardım göstərirlər.
Bundan əvvəl Mannheim şəhərində naməlum şəxs alman siyasətçi və İslamın tənqidçisi Mixael Ştürzenberqerə bıçaqla hücum etmişdi.
Qeyd olunur ki, bu, mayın 31-də təxminən saat 11:30-da Mannheim bazar meydanında Pax Europa hərəkatının tədbiri zamanı baş verib. Naməlum şəxs siyasətçini bıçaqlayıb. Digər iştirakçılar kişini saxlamağa çalışsalar da, o, onların əlindən qaçıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR