Siqaret, qida əlavəsi, yanlış qidalanma, hərəkətsiz həyat, radiasiya, hava çirkliliyi, müxtəlif toksinlər və genetik səbəblər xərçəngin yaranmasında ən başlıca faktorlardır.
Oxu24.com xəbər verir ki, onkoloqlar xərçəngin yaranma və inkişaf riskini artıran səbəbləri belə açıqlayıb.
Xərçəng nədir və simptomları nələrdir?
Xərçəng bir orqan və ya toxumadakı hüceyrələrin nizamsız şəkildə bölünüb çoxalması meydana çıxan prosesə deyilir. Ümumi mənada isə xərçəng vücudumuzun müxtəlif bölgələrindəki hüceyrələrin nəzarətsiz şəkildə çoxalması ilə əmələ gələn 100-dən çox xəstəlik qrupudur. Çoxçeşidli xərçəng tipləri olmasına rəğmən, hamısı anormal hüceyrələrin nəzarətsiz şəkildə çoxalması ilə başlayır.
İnsan bədənindəki sağlam hüceyrələrin bölünəbilmə qabiliyyətinə sahibdirlər. Ancaq əzələ və sinir hüceyrələrində bu xüsusiyyət yoxdur. Ölən hüceyrələrin yenilənməsi və yaralanan toxumaların bərpa edilməsi məqsədilə bu qabiliyyətlərindən istifadə edirlər. Həyatın ilk illərində hüceyrələr daha sürətli şəkildə bölünürlər. Yaş keçdikcə bu proses sürətini azaldır. Lakin hüceyrələrin bu qabiliyyəti məhddudur. Sonsuz şəkildə bölünə bilmirlər. Hər hüceyrənin həyatı boyunca bir bölünəbilmə sayı vardır. Sağlam hüceyrə nə qədər bölünə biləcəyini və nə zaman öləcəyini bilir. Buna hüceyrənin proqramlı ölümü deyilir. Normalda, bədənin sağlam və düzgün işləməsi üçün hüceyrələrin böyüməsi, bölünməsi və daha çox hüceyrə istehsal etməsi məcburiyyəti vardır. Bəzən buna rəğmən, proses yolundan çıxar, yeni hüceyrələrə gərək olmadan bölünməyə davam edər. Şüurunu itirmiş xərçəng hüceyrələri nəzarətsiz şəkildə bölünər və çoxalar. Artıq hüceyrələr şiş şəklində yığılar. Bu şişlər bədxassəli və ya xoşxassəli olur. Xoşxassəli şişlər xərçəng deyil. Bu şişlər tez-tez əməliyyatla götürülər və çox zaman təkrarlanmazlar.
Əslində xərçəngin qarşısı alına bilər. Erkən diaqnoz qoyular və müalicə olunar. Hər hansı sağlamlıq şikayəti olmayan insanlarda xərçəngin simptomları olmadığı halda bəzi testlər edilərək simptomların əmələ gəlməsindən 2 il öncə erkən xərçəng diaqnozu qoymaq mümkündür. Oxu24.com
ŞƏRHLƏR