Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110573
az

Kredit götürən ölərsə, ailəsi bu halda borcu ödəmir - Yeni qaydalar AÇIQLANDI

09:0001 İyun, 2024
104
MANŞET
  • A

Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsi müsbət haldır və kredit risklərinin minimumlaşdırılmasına xidmət edəcək. Digər tərəfdən, Mərkəzi Bankın ekspert icması tərəfindən aparılan müzakirələrə çevik reaksiyası da təqdirəlayiqdir.

Bunu iqtisadçı deputat Vüqar Bayramov qeyd edib. 

Deputat yeni qaydanı belə şərh edib:

"Yeni qaydaların əsas tələblərindən biri bank müştərilərinə istehlak kreditlərinin təqdimi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Nəzərə alsaq, sığorta müqaviləsinin olmaması səbəbindən borclanan dünyasını dəyişən zaman krediti onun vərəsəsi, yəni ailə üzvləri qaytarmaq məcburiyyətində qalırdılar. Bu isə əksər hallarda ailə üzvləri üçün əlavə maliyyə yükü formalaşdırırdı ki, bu da sosial baxımdan arzu olunan deyildi.

Yeni qaydalar həmçinin əlilliyi olan şəxslərin kreditlərə çıxış imkanlarını artıracaq. Belə ki, əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub".

"Borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması isə şəffaflığın gücləndirilməsinə xidmət edəcək.

Ən mühim məqamlardan biri də risklərin azaldılması nəticəsində kredit faizlərinin aşağı düşməsinin mümkünlüyüdür. Belə ki, risklərin sığortalanması istehlak kreditləri üzrə faizlərin azalmasına səbəb ola bilər" - V.Bayramov vurğulayıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev
ABŞ səlahiyyətliləri Maskı və şirkətini yoxlamağa başladılar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Əvəz Zeynallının həbs     müddəti     azaldıldı