Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110564
az

Altı ölkə ilə gizli anlaşma: Biri Ermənistan olduğu üzə çıxdı

22:5231 May, 2024
175
SİYASƏT
  • A

Ermənistanla Avropa Birliyi (AB) arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalana bilər.

OXU24.COM  xəbər verir ki, bu iddia ilə Ermənistanın “Past” qəzeti çıxış edib.

Nəşr yazır ki, bu il Ermənistandan müdafiə naziri Suren Papikyanın da dəvət olunduğu Avropa Təhlükəsizlik və Müdafiə Konfransı dünən Brüsseldə başa çatıb:

“Konfransı ötən il ilk dəfə olaraq AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel tərəfindən təşkil edilib. Bu, Rusiya əleyhinə əsas tədbirlərdən biri hesab olunur.

Dünən Borrel AB-nin üçüncü ölkələrlə rəsmi müqavilələr şəbəkəsi yaratmaq istədiyini açıqlayıb və bütün maraqlı tərəfləri qoşulmağa çağırıb. Onun sözlərinə görə, Avropa üçün təhlükələr artır, bu səbəbdən də AB belə sazişlər imzalayır.

“İndiyədək Moldova və Norveçlə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb, daha 6 müqavilə hazırlayırıq”, - Borrel deyib.


AB-nin baş diplomatı hansı 6 ölkə ilə belə müqavilə imzalanacağını açıqlamayıb. Böyük ehtimalla Ermənistan da həmin ölkələrin siyahısında olacaq. Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətlərin səviyyəsini aşağı salması heç də təsadüfi deyil.

Papikyan təhlükəsizliyin şaxələndirilməsi mövzusunda Brüsseldə AB-nin siyasi-hərbi təmsilçiləri ilə görüşlər keçirib. Son vaxtlar Ermənistan hakimiyyəti Rusiyanın maraqlarını görməzdən gəlməkdən əl çəkmir, hətta Moskvanın açıq xəbərdarlıqları belə Nikol Paşinyan və komandasına heç bir təsir göstərmir”.

Oxu24.com

ŞƏRHLƏR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Narkotikin təsiri altında avtomobil idarə edən    sürücülər     saxlanıldı