Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110555
az

Astarada sürüşmə zonaları aktivləşib

15:4731 May, 2024
132
CƏMİYYƏT
  • A

Yağışların normadan artıq düşməsi Astara rayonunda sürüşmə zonalarını aktivləşdirib.

Oxu24.com xəbər verir ki, son zamanlar cənub bölgəsində normadan artıq yağışların yağması Astarada müəyyən sürüşmə zonalarını aktivləşdirib. Rayonun Şiyəkəran kəndində, Məscid məhəllə deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Sakinlərin sözlərinə görə, 3–5 metr cərgədə əkilən sitrus və digər meyvə ağacları torpaq sürüşməsi nəticəsində çaya tökülüb. Onlar bildirirlər ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda ağaclar əkiblər. Lakin güclü sel həmin ağacları kökündən qopararaq aparıb.

Artıq aidiyyatı orqanların nümayəndələri əraziyə baxış keçiriblər. Astara Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusubov bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq mümkün olub. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev İrandadır
Qəhvə beyinə necə təsir edir? - Maraqlı araşdırma
Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan şikayətlərə baxılıb

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi