Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110554
az

Sosial şəbəkələrdə oyuncaq metal tapança satmaq adı altında dələduzluq etdi - FOTO

15:4031 May, 2024
91
KRİMİNAL
  • A

Sosial şəbəkələrdə insanların etibarından sui-istifadə edərək, onları aldadan 1991-ci il təvəllüdlü Behzad Səmədov Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, “Instagram” və “Facebook” sosial şəbəkələrində səhifələr yaradaraq, oyuncaq metal tapançaların reklamı və satışı ilə məşğul olub. Daha sonra həmin tapançaları sifariş verən alıcılara kart nömrəsi göndərərək ödənişləri qəbul edib. Zərərçəkənlər pulu B.Səmədovun kartına göndərdikdən sonra o, səhifələri bağlayıb, telefon zənglərinə cavab verməyərək dələduzluq əməli törədib.

Saxlanılan şəxs barəsində Səbail Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ
Təslim olmamaq üçün özünə xəsarət yetirən şəxs      həbs     edildi
Şəmkirdə inzibati    bina     yandı

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Hacıqabulda AĞIR QƏZA: 1 nəfər öldü, 6-sı yaralandı -YENİLƏNDİ