Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110519
az

Ceyhun Bayramov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

11:3431 May, 2024
52
SİYASƏT
  • A

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüş əsnasında iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb.

İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmsöhbətini həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə məlumatlandırıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heç bir partiyaya ödənişsiz efir vaxtı verilməyəcək?
Vüqar Bayramov seçki ilə bağlı qərarını açıqladı
Prezident Zirvə toplantısında iştirak edir

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi